Bakıda avtobus sürücüsünü döydülər
08:55 28.12.2016
Arxiv
544
«KİA»nın sürücüsü avtobusu sıxışdırıb, sonra isə dostu ilə birlikdə sürücünü döyüb
Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb. Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib. Sherg.az Avtosfer.az-a istinadən məlumat verir ki, döyülən avtobus sürücüsü «Xaliq Faiqoğlu» MMC-yə məxsus 96 saylı marşrutda çalışır.
Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək qəza şəraiti yaradan «KİA» markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobusun qarşısına keçərək müxtəlif hərəkətlərlə yolu kəsib və avtobus sürücüsünü qıcıqlandırıb. Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü onlara irad bildirdikdə söyüşlə üzləşib və avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb.
Bu zaman «KİA»-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib. Dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.
Şahidlər bildirib ki, həmin avtobus dayanacaqdan tərpənəndən az müddət sonra irəlidə yolun hərəkət hissəsində şəxsi avtomobilini saxlayan tanımadığı şəxs avtobus sürücüsünün avtobusu guya onun avtomobilinə çox yaxın sürdüyünü, az qala onun avtomobilini "sürtdüyünü” əsas gətirərək, avobus sürücüsünü "çoban” və sair ifadələrlə təhqir edib. Bu təhqiri eşidən avtobus sürücüsü avtobusu yolun kənarında saxlayıb məsələyə aydınlıq gətirmək üçün aşağı düşdükdə isə döyülüb.
Artıq «Xaliq Faiqoğlu» MMC-nin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək həmin sürücünün və yanındakı şəxsin tapılıb cəzalandırılmasını xahiş edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm