Bakıda bağçada biabırçılıq - "Kasıblar qrupu" yaradıldı
12:58 07.11.2017
Arxiv
566
Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir.
Narazılığa səbəb bağçaya yeni gələn direktorun tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış oduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda yaş fərqli olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
Məsələ ilə bağlı Yasamal rayon 60 nömrəli uşaq bağçası ilə əlaqə saxladıq. Bildirildi ki, direktor mediaya açıqlama vermək istəmir. Problemlə bağlı bağçaya bu gün səhər saatlarında Bakı şəhər İcra Hakimiyyətindən komissiya gəlib. Komissiya direktordan məsələ ilə bağlı açıqlama alıb və gedib.
Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, həmişə olduğu kimi zənglərimizə cavab verən olmadı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət