Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçirilir
04:29 02.12.2018
Arxiv
971
Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi keçirilir.
Trend-in məlumatına görə, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir.
Konqresin açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsinin təsadüfi olmadığını bildirib:
"Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir".
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe isə açılışda çıxışı zamanı Konqresin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: "Əminəm ki, Konqres öz işini uğurla başa çatdıracaq. Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk".
Budəfəki Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinlənilir. Tədbirdə qurumun rüblük maliyyə planı da təsdiqlənəcək. Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.
FIG-in rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunur. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılacaq.
Qeyd edək ki, Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.
Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm