Bakıda daha bir uşaq pəncərədən yıxılıb öldü




Bakıda daha bir azyaşlı pəncərədən yıxılaraq vəfat edib.  Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, iyulun 30-da Suraxanı rayonunun Əmircan qəsəbəsində azyaşlı Nuray Əfəndiyeva mənzillərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. O, hadisə yerində ölüb.