Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülər

Dəhşətli cinayəti törədən şəxs azyaşlı qızın 31 yaşlı öz qonşusu olub



Bakının Pirallahı rayonunda dəhşətli hadisə baş verib.
Pirallahı rayon Polis İdarəsindən verilən məlumata görə, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.
Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.
Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.
Çernov Viktoroviçi polis yaxalayıb.
Qeyd edək ki, hüquq mühafizə orqanlarının əməkdaşları APA-ya bildiriblər ki, qətlə yetirilən uşaq zorlanıbmış.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.