Tıxac yaradan həmin şəxslər barədə DYP araşdırmalara başladı
Bakıda gənclər tuneli bağlayıb şənlik etdilər
09:20 17.07.2018
Arxiv
786
“Dəfələrlə yol hərəkəti qaydalarını pozan gənclərə xəbərdarlıq edilib, onlara bu cür özbaşınalıq etməmələri tövsiyə edilib, ancaq yenə də nəticə çıxaran yoxdur. Bu, açıq-aşkar cəmiyyətə qarşı hörmətsizlikdir”
Tıxac yaradan həmin şəxslər barədə DYP araşdırmalara başladı
Tıxac yaradan həmin şəxslər barədə DYP araşdırmalara başladı
Bir neçə gündür sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində bir qrup gəncin nəqliyyatın intensiv hərəkətinin olduğu tuneli bağlayaraq şadyanalıq etməsini əks etdirən video yayılıb.
Bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.
Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.
Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib. O bildirib ki, həmin görüntülərlə tanış olublar: "Görüntülərlə bu gün tanış olmuşuq. Rəhbərlik səviyyəsində məruzə olunub və araşdırma başlayıb. Lakin sizin də gördüyünüz kimi, həmin video keçmiş tarixə aiddir. Hazırda sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. Lakin idarədə hazırda araşdırma davam edir. Araşdırma nəticə verərsə, sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək”.
"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə "Şərq”ə açıqlamasında baş verən hadisənin çox təəssüfləndirici olduğunu deyib:
"Dəfələrlə yol hərəkəti qaydalarını pozan gənclərə xəbərdarlıq edilib, onlara bu cür özbaşınalıq etməmələri tövsiyə edilib, ancaq yenə də nəticə çıxaran yoxdur. Gənclərin tuneli bağlayaraq şadyanalıq etməsi açıq-aşkar cəmiyyətə qarşı hörmətsizlikdir”.
Sözügedən videonu izlədiyini qeyd edən E.Muradlı ortada xuliqanlıq elementlərinin olduğunu deyib. Onun sözlərinə görə, şəxsi avtomobillərini nəqliyyat vasitələrinin hərəkət istiqamətində saxlayıb, onların hərəkətinə mane olublar:
"Təbii ki, yol verdikləri bu qanun pozuntusuna görə, onları ağır şəkildə cəzalandırmaq lazımdır. Deməzdim ki, İnzibati Xətalar Məcəlləsini açıb, onları 200 manat cərimələmək lazımdır. Mən bu cür cəzanın tərəfdarı deyiləm. Hesab edirəm ki, həmin uşaqları tapıb, düz bir həftə səhər saat 6-da həmin küçəni başdan-ayağa süpürtdürmək lazımdır. Sonra isə onların bu görüntüləri çəkilib sosial şəbəkələr vasitəsilə ictimailəşdirilir. İnandırım sizi, ondan sonra bu gənclər ömürlərinin axırına kimi nəvələrinə, nəticələrinə də "qudurma!” vəsiyyətini edəcək. Hətta öləndə belə son söz əvəzi deyəcək ki, "qudurmayın”, mən qudurdum və biabır oldum. Çox təəssüflər olsun ki, bizim məhkəmələr, hakimlər çərçivədən kənara çıxa bilmirlər.
O cür harınlamış adamlar üçün 200 manat cərimə ödəmək heç nədir. Ən pisi də odur ki, onların əksəriyyəti bu özbaşınalığın bir məsuliyyəti olacağını belə dərk eləmir. Onlar üçün əsas özlərini göstərmək, başqalarından seçilməkdir. İki gündür Dövlət Yol Polisinin əməkdaşları ilə onların saxlanılması haqqında müzakirələrimiz olub. Görüntülər solğun olduğu üçün onların yerlərini və kimliklərini müəyyən etmək çətindir. Avtomobillərinin nömrələri də tam aydın görünmür ki, şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olsun.
Ancaq işin çətinliyinə baxmayaraq onları tapıb, cəzalandırmaq lazımdır ki, tutduqları işin məsuliyyətini dərk etsinlər. Bəlkə də çoxu ayda 500-600 manata işləyən gənclərdir. Düşünmürəm ki, məmur balaları bu qədər "çiy” hərəkət eləsin. Bu qədər xəbərdarlıq qarşısında hələ də insanların qudurğanlığa meyilli olması məni çox təəccübləndirir. Məgər, bu gənclər heç düşünmür ki, onların bir anlıq əyləncəsinə görə, valideynləri, yaxın qohumları əziyyət çəkə bilər.
Axı ölkə başçısı dəfələrlə xəbərdarlıq edib ki, uşaqlarına cavabdeh ola bilməyən məmur valideynlər sərt şəkildə cəzalandırılacaq. Bu cəza da onların ictimai işlərə cəlb olunması, təhqir olunmasından keçir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət