Bakıda körpələr evində yanğın: 18 uşaq xilas edildi




Bakının Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində yanğın olub.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, zirzəmidə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə edilib.