Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü
11:14 22.04.2019
Arxiv
589
Bakıda fəaliyyət göstərən lombardlardan birinin sahibi dələduzun qurduğu iriməbləğli kələyin qurbanına çevrilib.
Bu barədə Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
29-cu polis bölməsinin əməkdaşları Moskva prospektində yerləşən lombardın hüquqşünası Vüsal Məmmədovdan daxil olan şikayəti araşdırır.
Şikayət ərizəsinə əsasən, bir neçə gün əvvəl 60 yaşlı Bakı sakini Tofiq İsmayıl adlı sakin lombarda gəlib. O, 19 qızıl külçəsi girov qoyaraq, 41 363 manat məbləğində borc götürüb. Qızıl külçələrin hərtərəfli araşdırılmasından sonra onların heç də qızıldan olmadığı məlum olub. Metal külçələr, sadəcə, qızıl suyuna salınıb.
Polis bölməsindən bildiriblər ki, hələlik fakt üzrə heç kəs saxlanılmayıb, müsadirə olunmuş külçələr ekspertizaya təqdim olunub.
"Qaydalara görə, lombardda peşəkar zərgər işləməlidir, qiymətli əşyaların qəbuluna görə cavabdeh olmalıdır. İndiki halda belə bir mütəxəssis olsaydı, fırıldaqçının bu əməli də baş tutmazdı. Ancaq çox vaxt görürük ki, biznesmenlər öz yanlarına peşəkarlıqdan anlayışı olmayan qohumlarını və tanışlarını işə götürür”, - deyə polis bölməsindən bildiriblər.
Başqa bir iri dələduzluq hadisəsini Nəsimi rayon Polis İdarəsinin müstəntiqləri araşdırır. Şikayətçi zərgərlik dükanının 32 yaşlı sahibi Valeh Rəhimovdur. Sahibkar əmin edir ki, işçisi 120 min dollar dəyərində qızıl-zinət əşyalarını mənimsəyib. Hələlik şübhəlinin günahı sübuta yetirilmədiyindən adı açıqlanmır. Müstəntiqlər qadının dələduzluqda iştirak edib-etmədiyini araşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region