Bakıda maşınla avtomobilləri əzən şəxsin kimliyi bilindi - Yaxınlıqdakı binada kirayə yaşayır
11:08 02.05.2019
Arxiv
610
Bakının Binəqədi rayonu, altıncı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş halda Toyota "Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən şəxsin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən həmin binadakı mənzillərin birində kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir.
Onun sözlərinə görə, həmin avtomobilin sahibi xaricdə yaşayır:
"O, maşının açarlarını qonşusuna etibar edib və həftədə bir neçə dəfə avtomobilin mühərrikinin yatmaması üçün işə salmasını istəyib. Hadisə baş verən gün qonşu maşını işə sala bilməyib. Bu zaman həyətə daxil olan sərxoş Sənan Kərimovdan kömək istəyib.
O, Sənana bildirib ki, maşını işə salıb, bir-iki dövrə vurmaq lazımdır. Sərxoş olan sürücü avtomobili idarə edən zaman binanın həyətindəki ən azı 9 avtomobili əzib”.
DİN rəsmisi qeyd edib ki, Sənan Kərimov saxlanılıb, sərxoşluq ekspertizasından keçirilib:
"Onun ortadərəcəli sərxoş olduğu müəyyənləşib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm