Bakıda mənzildən 70 000 dollar və 30 000 manatlıq qızıl oğurlayan şəxslər tutulub





Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.