Bakıda orta məktəb şagirdinin qətlində şübhəli bilinən beş nəfər tutulub - YENİLƏNİB
16:19 03.04.2014
Arxiv
847
Qətlin “facebook”dakı mübahisə nəticəsində baş verdiyi bildirilir
Bakıda orta məktəb şagirdini qətlə yetirməkdə şübhəli bilinən daha bir şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mobil Abdullayevin qətlində şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıb.
Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında "facebook” sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.
***
18.32
. Bakıda orta məktəb şagirdinin qətlində şübhəli bilinən dörd nəfər tutulub.
Binəqədi Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, ötən gün rayonun Biləcəri qəsəbəsində 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevin qətlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü, Ceyranbatan Peşə Liseyinin tələbəsi Fuad Mehman oğlu Heydərov, 1996-cı il təvəllüdlü Abbas Yaşar oğlu Abbaslı, 1996-cı il təvəllüdlü Nurlan Zülfüqar oğlu Dünyamalıyev, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Elsevər Fərman oğlu Məmmədov saxlanılıblar.
Polisdən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən daha bir nəfərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət