Bakıda qara-buza qarşı tədbirlər planı hazırlanıb
07:25 03.12.2018
Arxiv
432
Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Sherg.az"a verilən məlumata görə, qurumun balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanıb.
Həmin əmrlə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mərkəzi aparatında və respubikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılıb və sutkalıq növbətçilik təşkil edilib.
Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və 2018-2019-cu illərin payız-qış mövsümündə Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib (Böyükşor qovşağından başlayaq bütün şəhər ətrafı qəsəbələr üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhər daxili avtomobil yolları üzrə isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən), Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.
2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlər (21 ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-ə yaxın maşın-mexanizm hazır vəziyyətə gətirilib.
Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb. Təkcə Bakı şəhər yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılıb, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub.
Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.
Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm