Bakıda qətl törədən bağban ələ keçdi: 70 yaşlı arvadıma “gözü düşmüşdü”
11:31 01.05.2019
Arxiv
607
Bakıda qətl törətdikdən sonra polisə zəng edərək, narahat olmamalarını, yaxın zamanda özünü təslim edəcəyini bildirən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu haqda Oxu.Az-a rayonun hüquq mühafizə orqanlarından məlumat verilib.
Sözügedən şəxs 46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğludur.
Belə ki, R.İlyasov Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçi qətlə yetirib.
Daha sonra polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini söyləyib.
İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb.
Bildirib ki, Musayevin onun həyat yoldaşına "gözü düşübmüş”. Hətta ona sataşıb.
Hüquq mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq, bu ifadənin inandırıcı səslənmədiyini bildirir.
İlyasovun xanımı ilə arasındakı böyük yaş fərqi özü də polis müstəntiqlərində bir çox suallara yol açıb: "Onların bu nikahı necə baş tutub?”
Saxlanılan şəxs əmin edir ki, qadına təşəkkür əlaməti olaraq onunla evlənib.
İlyasovun bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olub, onu təhqir edən şəxsi doğrayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol