Bakıda sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı




Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Sherg.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 211 saylı "Daewoo” sərnişin avtobusu "Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.