Bakıda sərnişin dolu avtobus qəzaya uğradı




Paytaxtda sərnişinlə dolu avtobus qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, Koroğlu-Zabrat istiqamətində hərəkət edən 198 saylı marşrut avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində "Qartal" kafesinin divarına çırpılıb.

Nəticədə xoşbəxtlikdən sərnişinlərdən ciddi xəsarət alan olmasa da, avtobusun ön hissəsi yararsız hala düşüb.