Bakıda tanınmış biznesmenin intiharının təfərrüatı üzə çıxıb
16:34 28.04.2016
Arxiv
484
Aprelin 27-nə keçən gecə Nərimanov rayonu ərazisində, Atatürk prospektində yerləşən "Dortek" mağazasının zirzəmisində özünü asaraq intihar edən biznesmen Bilal Aslanov bu gün dəfn edilib. Lent.az-ın məlumatına görə, 38 yaşlı iş adamı Məhəmmədi kənd qəbiristanlığında dəfn edilib.
Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Yaxınlarının bildirdiyinə görə, "Dortek" mağazalarının sahibi olan B.Aslanov aprelin 26-da axşam saatlarında evə gəlib və daha sonra kiminləsə görüşə gedib. Maraqlıdır ki, telefonundan bir neçə nömrəni kağıza qeyd edən iş adamı gedərkən telefonunu özü ilə aparmayıb. Onun həmin axşam kiminlə görüşdüyü, hansı məsələni müzakirə etdiyi məlum deyil. Yaxınları həmçinin onu da bildiriblər ki, B.Aslanovun heç kimə borcu olmayıb.
Bu arada işçilərindən biri bildirib ki, B.Aslanovun şəriki olan türkiyəli iş adamı onun xeyli miqdarda pulunu ələ keçiribmiş və bu azmış kimi, polisə B.Aslanovdan şikayət edibmiş.
İntihar faktıl ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
***
27 aprel
Bu gün Bakının Nərimanov rayonunda iş adamı Bilal Aslanovun intiharı ilə bağlı təfərrüat üzə çıxıb. Lent.az-ın əməkdaşı xəbər verir ki, "Dortek" mağazalarının sahibi olan 38 yaşlı B.Aslanovun səhər saatlarında intihar etdiyi məlum olub. Yaxınlıqda işləyən şəxslər bildiriblər ki, B.Aslanov adəti üzrə səhər saatlarında mağazanın qapısını özü açıb. Daha sonra mağazaya gələn işçilər onun zirzəmidəki anbarda özünü asdığını müəyyənləşdiriblər.
Hadisə ilə bağlı B.Aslanovun qohumlarına daim mağazanın yaxınlığında dayanan və bəzi sifarişləri çatdıran taksi sürücüsü məlumat verib. İlk olaraq iş adamının qardaşına bu barədə xəbər verilib.
Bildirilir ki, iş adamının biznesi son vaxtlar xeyli zəifləyibmiş. O, Təbriz küçəsində də yeni mağaza açsa da, planlaşdırılan gəlirlilik əldə edilməyib. Bu səbəbdən də bir çoxları biznesmenin ziyan etdiyini və borca düşə biləcəyini, məhz bu səbəbdən də həyatına qəsd edə biləcəyini düşünür.
Mağazaya baş çəkən Lent.az-ın əməkdaşına o da bildirilib ki, səhər saatlarında istintaqçılar müvafiq araşdırmalar apardıqdan sonra mağaza bağlanıb.
*****
17:52
Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində biznesmenin özünü iş yerində öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, "Dortek" mağazalarının sahibi olan 38 yaşlı Aslanov Bilal İsmayıl oğlu əslən Tovuz rayonundandır. O, bir neçə il əvvəl Bakıda biznes fəaliyyətinə başlayıb və Atatürk prospektindəki əsas mağazanı açıb. Bir müddət əvvəl isə "Dortek"in Təbriz küçəsindəki mağazası fəaliyyətə başlayıbmış.
Bildirilir ki, keçən ilki devalvasiyadan sonra "Dortek" mağazalarının da dövriyyəsi azalıb. Lakin B.Aslanovun sırf borc məsələsi ilə bağlı intihar etməsini göstərən fakt müəyyənləşdirilməyib.
Qeyd edək ki, B.Aslanovun 2 övladı varmış.
***
15:48
Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən "Dortek” mağazasının zirzəmisində asaraq intihar edib.
38 yaşlı B.Aslanov Bakıdakı "Dortek” mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual