Bakıda təcili yardım maşını qəzaya düşdü - sürücü yaralandı




Bakıda özəl klinikaya məxsus təcili tibbi yardım avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində qeydə alınıb.
"Zəfəran” klinikasına məxsus avtomobil əvvəl sərnişin avtobusu, sonra isə "Daewoo” markalı avtomobillə toqquşub. Zərbənin gücündən təcili yardım maşını aşıb.
Hadisə nəticəsində xəsarət alan sürücü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın "qafqazinfo”-ya istinadən xəbərinə görə, hadisə Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Qəza zamanı "Zəfəran” Hospitalın təcili yardım maşını ilə minik avtomobili toqquşub.
Toqquşma zəncirvari qəza ilə nəticələnib. Belə ki, avtomobil "ambulance”a dəyəndən sonra, təcili yardım maşını da marşrut avtobusu ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma gedir.
***
Bakıda yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Fətəli xan Xoyski küçəsində, 5 nömrəli xəstəxananın yaxınlığında qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "99 AU 525” dövlət nömrə nişanlı təcili yardım avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Hadisə zamanı maşında xəstə olmayıb. İlkin məlumata əsasən, qəza nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya çatdırılıb.