Bakıda yaşayış binası yanır - YENİLƏNİB




Fövqəladə Hallar Nazirliyi paytaxtda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
15:08
Bakı şəhərinin Yasamal rayonu ərazisində bina yanır. Lent.az xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsində, Mərkəzi Univermağın yaxınlığında yaşayış binasında yanğın başlayıb. Açıq alovla müşahidə edilən yanğın nəticəsində ətrafa qatı tüstü yayılıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.