Bakıda yaşayış binasında yanğın: 4 nəfər təxliyə olundu





Bakının Nizami rayonunda yanğın olub.
FHN-nin saytının  xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.


Yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.