
Bakıdakı böyük ticarət mərkəzləri niyə yanır ? – Ekspert detalları izah edir
11:32 24.06.2019
Arxiv
1044
Ötən gün Qara Qarayev prospektində yerləşən "X-Lady” və "İzabel” mağazalarında güclü yanğın baş verdi. Obyektlərdə bu cür yanğın hallarının olması ilk deyil.
Bir müddət öncə "Diqlas” Ticarət Mərkəzində eyni hadisə yaşandı. Mütəmadi olaraq belə hadisələrlə qarşılaşırıq. Lakin son baş verənlərdən sonra həyəcan təbili çalmağa ehtiyac duyulur.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev "Sherg.az”a bildirib ki, ticarət mərkəzinin təhlükəsizliyi daha çox rəhbərliyin marağında olmalıdır:

"Əgər rəhbər şəxs mərkəzi kiməsə icarəyə veribsə, yenə də təhlükəsizlik tədbirlərinin görülməsinə nəzarət etməli, bunun üçün peşəkar mütəxəssislər cəlb etməlidir. Təbii ki, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edən ticarət mərkəzləri var. Ümumiyyətlə, təhlükəsizliyi zəif olan, buna diqqət göstərməyən ticarət mərkəzləri də var. Həmin mərkəzlərdə siqaret çəkən kim, kustar üsulla hazırlanan sobalardan istifadə edib yemək qızdıran kim.
Ticarət mərkəzlərinin içində icarədarlar sərbəst təmir işləri aparırlar, qaynaqdan, müəyyən kəsici-deşici alətlərdən istifadə edirlər. Təbii ki, bunlar hamısı yanğının baş verməsinə gətirib çıxaran amillərdir. Eyni zamanda mərkəzdə yerləşən kafelər, restoranlar da təhlükəsizliyə önəm verməlidirlər. Rəhbərlik icarədarlara yanğın təhlükəsizliyi tədbirlərinə əməl edilməsi ilə bağlı tələb qoymalıdır. Hansısa icarədar buna riayət etmirsə, bir-iki xəbərdarlıqdan sonra ticarət mərkəzindən uzaqlaşdırıla bilər”.
E.Nurəliyev qeyd edib ki, mağazanın və ya ticarət mərkəzinin işçiləri yanğın baş verdikdə nə etməli olduqlarını bilməlidirlər:
"Ticarət mərkəzinin içində açıq oddan, alovdan istifadə etmək olmaz, siqareti təyin olunmuş yerdə çəkmək lazımdır, ticarət mərkəzinin içinə tez alışan maddələrlə gəlmək düzgün deyil. Həmçinin özbaşına təmir-tikinti işləri aparmaq, açıq oddan istifadə edərək nəyisə əritmək olmaz. Belə hallarda mərkəzin administrasiyasına müraciət edilir, həmin bölmə yanğın təhlükəsizliyinə baxan mütəxəssis göndərir və təhlükəsizlik təmin ediləndən sonra bu cür işlər görülür. Axşam iş saatı bitdikdən sonra işlək vəziyyətdə olan elektrik cihazları söndürülməlidir. Əgər hər hansı hadisə baş verərsə, orda olan insanlar nə etməli olduqlarını bilməlidirlər. Xüsusi qruplar yaradılmalıdır. Tutaq ki, 5 mərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində yanğın olub.
Digər mərtəbələrdə olan mağaza sahibləri nə etsin? Çöləmi çıxsın, mağazasınımı qorusun. Əgər icarədarlar, sahibkarlar arasında sosial sorğu aparsaq ki, yanğın baş verərsə, nə edərsiniz, əksəriyyəti bilməyəcək. Hadisə vaxtı adamın ağlına üç-dörd sual gəlir və şəxs bunlara cavab tapmalıdır. Məsələn, mən yanğın olan zaman özümü qurtarım, malımı çölə çıxarım, müştərini hadisə yerindən uzaqlaşdırım, yoxsa yaxınlıqda olan balonlardan istifadə edib yanğını söndürüm. Baxın, bu suallar insanı tərəddüdə salır”.
Ekspert vurğulayıb ki, məhz buna görə işçilər tərəfindən qruplar yaradılmalıdır:
"Qrupda olan şəxslər yanğın baş verən zaman bütün vəziyyəti nəzarət altına almalı, hadisə vaxtı təhlükəsizlik təlimatlarına ardıcıl əməl etməlidirlər. İşçilərin təxliyyə olunması, əmlakın çıxarılması, yanğınsöndürmə qrupları gələnə qədər vəziyyətə nəzarət olunması – bunlara həmin şəxslər cavabdeh olurlar. Təbii ki, bu qrupdakı şəxslərə aidiyyatı dövlət qurumlarının nümayəndələri xüsusi kurs keçirlər. Qrupun üzvləri hər mağazadan olur və rəhbərlik bu işçiləri digərlərindən fərqləndirmək üçün heç olmasa maaşlarında 3-5 faiz fərq yaradır.
Təsəvvür edin, eyni satıcıyıq, fərqli və ya eyni dükanlarda işləyirik. Siz yanğın qrupunun üzvüsünüzsə, bir qədər yüksək maaş almalısınız. Yanğın zamanı biri qaçıb canını qurtarırsa, qrup üzvü qalıb vəziyyətə nəzarət etməlidir. Əgər ticarət mərkəzində 20-30 adam yanğın baş verən zaman nə edəcəyini bilsə, bu, böyük köməklik olar. Hamı elə bilir ki, mağazalarda heç bir problem yoxdur. Amma əksəriyyətində adi yanğınsöndürmə balonları, su ehtiyatı olan çənlər mövcud deyil. Bu cür şeylər isə sonda yanğının baş verməsinə səbəb olur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə