Belçika müdafiə nazirindən Baykara heyranlıq: “NATO-da bənzəri yoxdur”

Belçikanın müdafiə naziri Teo Franken İstanbul səfəri çərçivəsində Baykar şirkətinin Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib və şirkət haqqında diqqətçəkən açıqlamalar verib.

Sherg.az-ın məlumatına görə, Franken bildirib ki, Baykar NATO daxilində özünəməxsus yerə sahibdir:

“Bu müdafiə şirkəti NATO daxilində bənzərsiz mövqedədir. Çünki davamlı innovasiyanı əsas prinsipə çevirib.”

Belçikalı nazir Baykarın süni intellekt inteqrasiyalı silahlı pilotsuz uçuş aparatlarının öncüsü olduğunu vurğulayaraq, şirkətin artıq pilotsuz döyüş təyyarəsi mərhələsinə keçdiyini deyib.

O, Bayraktar Kızılelma layihəsinin artıq seriyalı istehsalda olduğunu və ixrac edildiyini açıqlayıb.

Franken həmçinin Türkiyə ilə Belçika arasında 32 biznes müqaviləsinin imzalanacağını bildirərək, Gömrük Birliyi sazişinin yenilənməsinə dəstək verdiklərini qeyd edib.