İran ordusu ölkənin cənub-qərb bölgəsində düşmənə məxsus kəşfiyyat pilotsuz təyyarəsinin sıradan çıxarıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, İran Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəsmi açıqlamasına görə, pilotsuz təyyarə Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahının komandanlığı altında fəaliyyət göstərən hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.