Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən Əl Sani ilə görüşüb.
Teleqraf xəbər verir ki, Hakan Fidan bu gün Dohaya səfəri çərçivəsində Qatar Baş nazirin müavini və müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən Əl Sani ilə görüşüb. Görüş barədə ətraflı məlumat verilməyib.