Bakıdakı ticarət mərkəzində zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB - 2

Baş Prokurorluq: Nərimanov rayonundakı ticarət mərkəzində baş verən zəhərlənmə ilə bağlı araşdırma aparılır



"Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 27 zərərçəkən gətirilib.
Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, xəstələrin vəziyyəti orta ağır olub: "Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onlarıт hamısı artıq evlərinə buraxılıb”.
***
17:56
Bakı. Hafiz Heydərov - APA. Nərimanov rayonunda fəaliyyət göstərən ticarət mərkəzində baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hazırda Nərimanov Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin aidiyyəti qurumlarının iştirakı ilə hadisə yerinə baxış keçirilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.