Bakının avtobus parkı tam yenilənəcək - RƏSMİ
13:13 18.02.2020
Arxiv
428
Bakı şəhərində fəaliyyət göstərən sərnişin avtobuslarının 40%-ə yaxını yenilənib və hər il 300 avtobus gətirilməklə yaxın 3 ildə parkın yenilənməsi 100%-ə çatdırılacağı planlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, ümumilikdə, son beş il ərzində 855 avtobus yenilənib ki, bunlardan 600-ü xarici ölkələrdən gətirilib.
“Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Gətirilən yeni avtobuslar təbii qazla (STQ) işləyir. Son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Bu il alınacaq 415 avtobusdan 115-nə sifariş verilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun”, - deyə V. Kərimli qeyd edib.
BNA-nın sədri əlavə edib ki, bu ilin mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur.
Onun sözlərinə görə, Agentlik qəsəbələrdə kiçik hablar yaratmaq niyyətindədir və bu hablar, dairəvi dəmir yolunun ətrafında yaradılması planlaşdırılır ki, onlar bir-biri ilə əlaqəli olsun.
“Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək”, - deyə V. Kərimli qeyd edib.
Bundan başqa, Agentliyin rəhbəri bildirib ki, bu il parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb olunub ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun.
“Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır”,- deyə V. Kərimli bildirib.
O həmçinin bununla əlaqədar olaraq Agentlik bu ilin ilk yarısının yekununda görülən işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb ölkə rəhbərliyinə təqdim ediləcəyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə