Bakının bəzi yerlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Bu gündən
08:54 23.03.2018
Arxiv
575
Paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bunun aprel ayında keçiriləcək Formula 1 yarışları ilə əlaqəli olması barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildiriblər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinin nəzərinə çatdırır ki, builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq 23-25 mart tarixlərində trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri həyata keçiriləcək.
Təmir-bərpa işlərinə martın 23-ü, saat 06:00-da start veriləcək və bu proses martın 25-i gecə saatlarınadək davam edəcək. Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq.
Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər səbəbindən yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən öz təşəkkürünü bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya