Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı - Tutulanlar var - YENİLƏNİB






Bakının mərkəzində törədilmiş qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulub.
Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

*****
25 aprel
Bakıda daha bir qətl törədilib. Lent.az-ın məlumatına görə, aprelin 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Həzi Aslanov küçəsi 115 ünvanının qarşısında 1978-ci il təvəllüdlü Cavadov Ruslan Çingiz oğlunun meyiti tapılıb. İlkin müayinə zamanı R.Cavadovun meyitinin üzərində çoxsaylı xəsarətlər aşkarlanıb.
R.Cavadovun kim tərəfindən hansı şəraitdə və hansı səbəbdən öldürüldüyü məlum deyil. Bildirilir ki, o, tüfeyli həyat tərzi keçirirmiş və daimi yaşayış yeri olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.