Bakıya 1300 kq yararsız ət gətirilib
11:22 14.05.2016
Arxiv
390
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarət tədbirlərini davam etdirir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 14-də gecə saat 1-2 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirib.
Reyd zamanı "Ucal-Elgün" MMC (Montində yerləşən) heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi "Qazel” markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünmüş, 1300 kq-a yaxın iribuynuzlu heyvan cəmdəkləri (1 baş camış, 8 baş inək cəmdəyi - cəmi 36 şaqqaya ayrılmış ət) aşkar edilib.
Yük avtomobilinə baxış keçirilən zaman heyvan cəmdəklərinin antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yarasız vəziyyətdə olan daxili orqanlarla birgə daşındığı məlum olub. Ətlərin orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya