Bakıya gələn təyyarədə problem yarandı - 7 saat gözlədilər




Heydər Əliyev Kuboku uğrunda yarışı idarə edən azərbaycanlı hakimlər dünən Naxçıvandan Bakıya dönüş zamanı problemlə üzləşiblər.

Sherg.az Milli.Az - a istinadən xəbər verir ki, havaya qalxmaq üzrə olan təyyarə dərhal boşaldılıb. Bakıya qayıdan ədalət təmsilçiləri və "Səbail" klubunun baş məşqçisi Samir Əliyev 7 saata yaxın hava limanında gözləyib.

Bildirilir ki, uçuş zolağında olan təyyarədə texniki nasazlıq aşkarlanıb.

Onlar axşam saatlarında Bakıya çatmağa müvəffəq olublar.