Balkon çökdü, 6 tələbə öldü




ABŞ-ın Berkeley şəhərində bir mənzildə balkonun çökməsi nəticəsində 6 İrlandiyalı tələbə həyatını itirdi.
Kaliforniyanın Berkeley Universiteti ətrafındakı mənzilin dördüncü mərtəbəsində təşkil edilən ad günü mərasimi zamanı 13 tələbənin olduğu balkon çökdü. Qəzada 6 nəfər öldü, 7 nəfər isə ağır yaralandı.

Hal şahidləri, qəzadan əvvəl 13 gəncin balkonda əyləndiyini, ətrafa yayılan yüksək səs səbəbiylə çökmə zamanı səs-küyü fərq edə bilmədiklərini söylədi.
Səlahiyyətlilər, həyatını itirən tələbələrin 20 yaşlarında olduğunu və Amerikaya qısa dövr üçün səyahət və iş məqsədi ilə gəldiklərini qeyd edir.