"Banklarda az əmanətləri olanlar təşviş içərisindədirlər"
16:21 24.02.2017
Arxiv
1183
"Bağlanan banklarda qorunan əmanətlərlə bağlı kompensasiya rəqəmlərinin obyektiv olmadığını düşünürəm”.
Bunu Sherg.az-a bağlanan banklarda qorunan əmanətlərlə bağlı təxminən 25 min nəfərə 725 milyon manatdan artıq kompensasiya ödənilməsinə münasibət bildirərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib.
O bildirib ki, kompensasiyalar sığorta hesabına, başqa sözlə desək, kommersiya banklarının özlərinin vəsaitlərindən ödənilibsə, buna normal münasibət bəsləmək olardı:
"Ancaq mətbuat vasitəsilə çatan məlumatlar ondan ibarətdir ki, Bank Standart, Texnika Bank və digərlərinin əmanətçilərinin vəsaitlərini qaytarmaq üçün Maliyyə Nazirliyi Mərkəzi Bankdan borc alıb. Bunlar faktiki olaraq, dövlət vəsaiti hesabına ödənilib. Kommersiya banklarının üzvlük haqqı, ora yığılan vəsaitlər hesabına ödənilməyib.140 min nəfərədək əmanətçi gəlib əmanətlərini geri götürməməsinə gəldikdə isə bunlar çox kiçik məbləğlərdir. Əmanətçilərin əmanətlərini götürdüyü vaxtda onların hesabında qalmış qəpiklərə uyğun yuvarlaq hesablanmış 1 manat olub. Bu ondan qaynaqlanır. Təəssüf edirəm ki, rəqəmlərlə bu şəkildə manipulyasiya etmək çox qurumların istifadə etdiyi metodlardan biridir. Ona görə də, daha çox dollarla olan əmanətlər nə qədər olduğu açıqlanmalıdır. Bu vəsaitlər üzrə ən böyük ortalama məbləğ hansı məbləğ olub və kimlərə, hansı fiziki şəxslərə ödənilib”.
N. Bəydəmirli deyib ki, qərarların verilməsinə təsiri ola biləcək adamların öz vəsaitlərini çıxarda bilməsi haqqında fikir yürütmək olar. Əvvəllər 30 minə qədər məbləğ təşkil edən əmanətlər qorunurdu, onlar götürüldü:
"Bağlanan bankların əksəriyyətində qorunan əmanətlərin 35-40 faizi geri qaytarılmayıb. Ona görə, az əmanətləri olan insanlar təşviş içərisindədir. Standart Bankla olan məsələ, 1 gün ərzində bankın bankrot hesab olunması da şübhəli məqamlardan idi”.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün 140 min nəfərədək əmanətçinin əmanətlərini geri götürmədiyini deyib. O bildirib ki, bağlanan 11 bankda qorunan əmanətlər üzrə bu gün nəzərdə tutulmuş 760 milyon manatdan 725 milyon manatdan artıq kompensasiya ödənilib. Bu rəqəm təxminən 25 min nəfər təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial
ABŞ sanksiyaları qəsdən Avropa məmurlarına şamil etmədi - KİV
12:52 26.12.2025
Gündəm