Baş ağrısının səbəbi şok etdi

8 bağırsaq qurdu beyninə çatmışdı
Baş ağrısı şikayətiylə həkimə gedən 31 yaşlı qadının ağrılarının səbəbi ortaya çıxınca həkimlər şok oldu. 31 yaşlı Yadira Rostro adlı Texslı qadın getdikcə artan baş ağrıları səbəbiylə zaman- zaman görmə qabiliyyətini itirdikdən sonra həkimə getdi və gerçək ortaya çıxdı. Araşdırmalar nəticəsində qorxunc diaqnozu qoyan həkimlər qadının beynində 8 bağırsaq qurdu sürfəsi olduğunu ifadə etdi. Nerocərrah Richard Meyrat kiçik kisələr içindəki sürfələrin qida yoluyla keçdiyini və beynə çatdıqlarını dilə gətirdi.
Həkimlik həyatında heç vaxt belə bir hadisəylə qarşılaşmadığını ifadə edən həkim yazıq qadının ölmədiyi üçün şanslı olduğunu söylədi. Sürfələr təmizləndikdən sonra baş ağrılarının keçdiyi və qadının vəziyyətinin yaxşı olduğu öyrənildi.