Baş nazir Binəli Yıldırım: "Bellərini qırarıq"

"FETÖ-yə tarixdə iki baş nazir qarşı çıxıb, biri mərhum Nəcməddin Ərbakan, digəri də Tayyib Ərdoğandır"


Türkiyənin baş nazir Binəli Yıldırım "Nə FETÖ, nə BETÖ, nə İŞİD, nə də  başqa bir terror təşkilatı bu milləti dizinə gətirə bilməz, bu ölkəni yolundan döndərə bilməz. Gün gəlir polisimizlə, gün gəlir əsgərimizlə evlərinə girər, bellərini qırarıq, gün gəlir 7-dən 70-ə küçələrə enər, bizdən qəsb etdikləri tankları, tüfəngləri geri alarıq" deyib. Başqanlıq sistemiylə əlaqədar də danışan Yıldırım, "Həm yeni konstitusiya, həm də başqanlıq sisteminə bağlı işlərimizi tamamladıq. Kifayət qədər müzakirə etdik, danışdıq, görüşdük, müşavirələr təşkil etdik. Ən qısa zamanda Məclisə gətirib, uca Məclisin iradəsinə təslim edəcəyik" deyə vurğulayıb.

 FETÖ-yə tarixdə iki baş nazirin qarşı çıxdığını söyləyən Yıldırım, " Biri mərhum Nəcməddin Ərbakan, digəri də qurucu liderimiz Rəcəb Tayyib Ərdoğandır" deyib. Baş qərargahın keçmiş rəhbəri  Helmi Özkökün söylədiyi "2004-cü ildə hökuməti xəbərdar etdik" sözlərinə sərt cavab verən baş nazir, "Çıxıb deyir ki "Biz 2004-ci ildə xəbərdar etdik". Nə xəbərdar etdiniz qardaşım, qərara baxırıq, "Nur camaatı və xidmət hərəkəti izlənilməlidir." Nə zamandan bəri camaatlar terror təşkilatı oldu. Bizim üçün qırmızı xətt, terror fəaliyyətinin başlandığı gündür, o da 17 dekabrdır" deyə bildirib.