Baş nazir: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana böyük dəstək göstərir"
15:38 24.07.2018
Arxiv
601
Bu gün Baş naziri Novruz Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan Baş nazir Novruz Məmmədov Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Baş nazir bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını vurğulayan Azərbaycanın Baş naziri bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyini diqqətə çatdırıb. Türkiyə dövlətinin başçısının prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyən Baş nazir bunun xalqlarımız arasında formalaşan çox gözəl ənənə olduğunu diqqətə çatdırıb. Dövlətlərimizin başçıları hər seçkidən sonra ilk səfərlərini qarşılıqlı olaraq dost ölkələrə etməklə bu ənənəni bütün dünyaya nümayiş etdirirlər. "Qardaş Türkiyədə seçkilərdən sonra inkişafın yeni mərhələsi başlayır. Türkiyə hər zaman qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib və bundan sonra da irəliləyəcək. Qardaş Türkiyənin uğurları bizim uğurlarımızdır. Bu nailiyyətlər bizi sevindirir”,- Novruz Məmmədov qeyd edib.
Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir. Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir.
Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini bildirən Baş nazir Novruz Məmmədov qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Yeni təyinatdan sonra ilk xarici səfərini Azərbaycana həyata keçirən Mövlud Çavuşoğlu ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu münasibətlərin bariz nümunəsinin Türkiyə və Azərbaycan prezidentlərinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol