Bayılda sürüşmə zonasından 97 ailə köçürüləcək




"Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil'.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifov deyib ki, 97 evin köçürülməsini istəyirlər.
"Vəsait məsələsinin həllinə çalışırıq", - deyə baş nazirin müavini qeyd edib