Bayram namazının vaxtı açıqlandı
20:46 04.07.2016
Arxiv
830
Hacı Şahin Həsənli: “İyulun 5-i axşamdan etibarən bayram namazına qədər fitrə zəkatı çıxarılmalıdır”
Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası builki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf etdiyi, Fitr - Ramazan bayramının - Şəvval ayının 1-nin isə Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyini qeyd edib.
Ramazan bayramının vaxtının açıqlanması həm də fitrə zəkatı verilməsi tarixini müəyyənləşdirmiş olur. Ramazan ayının sonuna yetişən şəxsin fitrə zəkatı ödəməsi vacibdir. Fitrə zəkatı isə Ramazanın sonuncu gününün şam namazı vaxtından sonra, bayram namazından öncə ödənməlidir.
Fitrə zəkatının miqdarı və kimlərə verilməsi həmişə suallar doğurur. QMİ-nin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli məsələyə aydınlıq gətirib.
Ş.Həsənli bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi açıqlamalara görə, bayram namazları müxtəlif məscidlərdə saat 08:00 və 09:00-da qılınacaq. Belə olduğu təqdirdə dinimizin hökmünə əsasən, iyulun 5-i axşamdan etibarən bayram namazına qədər fitrə zəkatı çıxarılmalıdır. Fitrə zəkatı yerli xüsusiyyətlər nəzərə alınmaqla, ən çox istifadə olunan ərzaq
məhsullarının 3 kiloqramının dəyəri miqdarında hesablanır. Adi qaydada 3 kiloqram çörəyin dəyəri götürülür. İmkanı çatan, maddi vəziyyəti yaxşı olanlar 3 kiloqram düyü, kişmiş, xurmanın dəyərini də götürə bilər. QMİ fitrə zəkatının miqdarını 10-15 manat müəyyən edib. Bazarda mövcud qiymətlərə baxıb daha aşağı məbləğ müəyyən etmək olar. Rəqəmin hesablanması insanların öz ixtiyarındadır.
Ailəsinin bir illik ehtiyacını ödəyə bilən fitrə zəkatı çıxarmalıdır. İmkanı aşağı olanlar büdcəsinə uyğun zəkat verə bilər.
Gündəlik ehtiyaclarını təmin edə bilməyən insanlar isə fitrə zəkatından azaddırlar. Daha yaxşı olar ki, fitrə zəkatı qohumda, qonşuda imkansız, yoxsul insanlara verilsin.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol