Bayram Səfərov ölkə başçısına təşəkkür etdi: "Var olsun prezidentimiz!”




Bu gün Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman verib.

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Prezidentin qərarını müsbət dəyərləndirən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bu addıma görə,  Sherg.az vasitəsilə vasitəsilə ölkə başçısına təşəkkür ünvanlayıb:

"Düşünürəm ki, həmin fərman ölkə prezidentinin qaçqın və məcburi köçkünlərə ayırdığı diqqətin, qayğının nəticəsidir. Bu, məcburi köçkünlərə olan etimadın və hörmətin yüksək olmasının göstəricisidir. Sağ olsun! Var olsun, prezidentimiz!”

Ayyət