BDU-nun müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.
Bu barədə "Sherg.az"a universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib. Məlumata görə
N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb. 1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 

Allah rəhmət eləsin!