Bel ağrısından həkimə getdi: Ağ ciyərindən tikiş iynəsi çıxdı





Bel ağrısından əziyyət çəkən xəstənin ağciyərindən iynə çıxıb. Aparılan tədqiqatlar nəticəsində Baydoğanın ağrısına səbəb olan şeyin ağ ciyərinə sancılmış bir tikiş iynəsi olduğu müəyyənləşdirilib. Qeyd edək ki, Tokatın Turhal rayonunda yaşayan Səlcuq Baydoğan 4 aydıryaşadığı  bel ağrısından əzələ işlətmə və söyüt otunun köməyi ilə xilas olmağa çalışıb.

Ağrıları kəsməyən Baydoğan xəstəxanaya müraciət edib. Müayinə zamanı Baydoğanın ağciyərində "diş çöpü”nə bənzər cisim olduğunu görən həkimlər onu yenidən müayinədən keçiriblər. Bu zaman həmin cismin "tikiş iynəsi” olduğunu aşkar ediblər. Səlcuq Baydoğan Qaziosmanpaşa Universiteti sağlamlıq Araşdırma və Tətbiqi Xəstəxanasına sövq edilib.

Burada əməliyyata alınan Baydoğanın ağ ciyərindəki iynə çıxarılıb. Sağlamlığına qovuşan Baydoğan ağciyərində tikiş iynəsi olduğunu eşidəndə çox təəccüblənib: "İynə udmamışam, ola bilsin gecə yatarkən kürəyimə batıb. Ancaq mən heç fərqində olmamışam”.

Baydoğanın əməliyyatına girən həkim Mustafa Sırğalı isə deyib ki, iynə əzələləri və döş divarını keçəndən sonra ağciyərə sancılıb: "Biz bu iynəni ağ ciyərindən çıxarmışıq. Biz bu cür əməliyyatları çox etmişik. Amma iynənin xəstənin xəbəri olmadan kənardan daxil olması çox maraqlıdır. Bu, adətən travmalardan sonra görülən bir vəziyyətdir. Düşmə, qalxma, toqquşmalardan sonra olur, lakin xəstə belə bir şey olmadığını iddia edir.