Belarusda istilərlə bağlı "narıncı" təhlükə səviyyəsi elan olunub





Belarusda sabah istilərlə bağlı "narıncı" təhlükə səviyyəsi elan olunub.

"Report"un hazırda Minskdə olan müxbirin verdiyi məlumata görə, ölkədə artıq bir neçə gündür bu regiona xas olmayan isti və yağıntısız hava şəraiti hökm sürür.

Belə ki, bəzi şəhərlərdə hava hərarəti +30- +34 dərəcə təşkil edir.

Belarus Fövqəladə Hallar Nazirliyi ölkənin 5 rayonunda əhalinin meşələrə ziyarətini yanğınlar təhlükəsi səbəbindən məhdudlaşdırıb. Qurumda bildirirlər ki, bu məhdudiyyətlər istilərin davam edəcəyi təqdirdə başqa rayonları da əhatə edə bilər.