Beləsi heç şeytanın ağılına gəlməz...

4 yaşlı oğulunu iki qadına əmanət etdi, sonra polisə gedərək uşağının itdiyini söylədi



Adanada 34 yaşlı Yaşariye İldırım, 4 yaşlı oğulu O.Y.ı tanımadığı iki qadına əmanət etdi, sonra polisə gedərək uşağının itdiyini söylədi. Polisin cib telefonlarına göndərdiyi fotoşəkili görən bir taksi sürücüsü uşağı tapılınca hadisə işıqlandı.

Evli 3 uşaq atası Mustafa Kırmızısaç ilə nikahsız yaşayan Yaşariye İldırım, bu əlaqədən oğulu O.Y.ı dünyaya gətirdi. Mustafa Qırmızısaçın həyat yoldaşından onunla təmtaraqlı evlənməməsinə qızan Yaşariye İldırım, bu vəziyyətə qızaraq plan qurdu.

4 yaşlı oğulu O.Y.ı başqa bir məhəllədə məskunlaşan heç tanımadığı əqli problemi olan 49 yaşlı Fəzilət ilə bacısı 56 yaşlı Meralın evində qoydu.

"Həyat yoldaşımla qurban kəsməyə gedirik. 2 saatlığına oğulum sizdə qalsın, götürməyə gəlirkən sizə də ət gətirərəm” deyən qadın, daha sonra Azadlıq Polis Mərkəzi Komandirliyinə gedərək uşağının itdiyini söylədi. Polisə, nikahsız yaşadığı Mustafa Qırmızısaçın rəsmi nikahlı həyt yoldaşı Feride Qırmızısaçın uşağını qaçırmış olmasından şübhələndiyini irəli sürən Yaşariye İldırım, "Çaya atmış ola bilər, balamın həyatından narahatam. Başına bir iş gəlirsə o qadın etmişdir” dedi.

Yaşariye İldırımın şikayətindən sonra Adana Təhlükəsizlik Müdirliyi Uşaq və Asayiş Şöbə qrupları hərəkətə keçdi, Təhlükəsizlik Ümumi Müdirliyi Asayiş Dairə Başçılığının İtkin Şəxslər Şöbəsi də ictimai media üzərindən elanlar edib, cib telefonlarına da "itkin həyəcanı” başlığıyla qısa mesaj göndərdi.

İtkin olan O.Y.ın fotoşəkili və məlumatları, son görüldüyü bölgədə olanların cib telefonlarına göndərilərək kömək istəndi. Kiçik uşağı qaçırdığı irəli sürülən 3 uşaq anası 39 yaşındakı Feride
Kırmızısaç da Uşaq Şöbə Müdirliyi qrupların tərəfindən nəzarətə alındı. O.Y.ın çaya atılma ehtimalına qarşı dalğıcı polislər, Seyhan çayında axtarış apardı.(Milliyet.com)
Tanımadıqları qadının əmanət olaraq buraxdığı uşağa baxan Fəzilət və Meral isə, saatlarla ananın gəlməsini gözlədi. Fəzilət və Meral, kiçik uşağın qarınını doyurdu, meyvə yedirib baxıcılıq etdi. İki bacının, taksi sürücüsü olan böyük qardaşı Fuad da axşam ziyarətlərinə gəldiyində evdə bir uşağın olduğunu görüncə cib telefonuna fotoşəkili gələn uşağa bənzədiyini fərq edib polisə məlumat verdi. Xəbər üzərinə evə gələn polis, Fəzilət və Meralın "kiçik qonaq” adını verdikləri O.Y.ı yatarkən tapdı.

Ana Yaşariye İldırımın şikayətiylə nəzarətə alınan Feride Kırmızısaç, hadisələ ilə əlaqəsinin olmadığı aydın olunca sərbəst buraxıldı. Fəzilət ilə Meral, "Uşağı anası buraxdı, 2 saat sonra gəlib götürəcəkdi. Amma gözlədik gəlmədi” deyə ifadə verdi. Narkotik maddə asılısı olduğu təyin olunan Yaşariye İldırım, hadisələ əlaqədar ifadəsi alındıqdan sonra sərbəst buraxılarkən O. Y. isə Ailə və İctimai Siyasətlər El Müdirliyinə bağlı Sevgi Evlərinə yerləşdirildi.