“Beşiktaş” Azərbaycana gələcək




"Beşiktaş” çoxdan planladığı Asiya layihəsini həyata keçirməyə başlayacaq.

Goal.az xəbər verir ki, İstanbul klubunun bu yay start vermək istədiyi layihə əsasında Azərbaycana da səfər edəcəyi bildirilir. Səfərin vaxtı dəqiqləşdirilməyib.

İlk səfərini Çinə edəcək türk klubu forma satışı üçün bazara girmək niyyətindədir. Bundan başqa "Beşiktaş” Təbrizin "Tractor Sazi” klubu ilə də yoldaşlıq görüşü oynamağı planlaşdırır.

"Beşiktaş”ın ABŞ və İndoneziyaya da səfər etmək fikri var.