Turist axınının azalması Ermənistana xəbərdarlıqdır - Ekspert

2026-cı ilin yanvar-avqust aylarında Ermənistana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 790 nəfər azalaraq 1,467 milyona düşüb.

Sherg.az-ın məlumatına görə, Ermənistan Turizm Federasiyasının sədri Məhak Apresyan bildirib ki, bu azalma turizm sektorunda böhrandan deyil, ölkənin turizm və qiymət siyasətinə yenidən baxılmasının vacibliyindən xəbər verir.

Onun sözlərinə görə, Ermənistan kütləvi turizmə deyil, qiymət-keyfiyyət nisbəti yüksək olan xidmətlərə və özünəməxsus turizm istiqamətinin formalaşdırılmasına diqqət yetirməlidir. Ekspert həmçinin beynəlxalq bazarda ölkənin turizm imicinin gücləndirilməsi üçün sistemli marketinq siyasətinin vacibliyini vurğulayıb.

Federasiya turizmin tarix, mədəniyyət, mətbəx, təbiət, tibb və digər istiqamətlər üzrə inkişaf etdirilməsi üçün idarələrarası komissiya və işçi qruplarının yaradılmasını təklif edib.