Bəstəkar Tahir Əkbərin müalicə xərclərini Heydər Əliyev Fondu ödəyəcək
13:48 03.11.2017
Arxiv
562
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin müalicə xərcləri fond tərəfindən ödəniləcək.
T.Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Trend-ə açıqlamasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirib:
"Mehriban xanım hər zamankı kimi yenə də sənət adamlarının qayğısına qalır və hərtərəfli dəstək göstərir. Ailəmiz, sənətsevər insanlar adından Mehriban xanıma minnətdarlığımızı bildiririk ki, sənət adamına bu qədər diqqət göstərir”.
Onun sözlərinə görə, T.Əkbərin vəziyyətində bu gün müəyyən irəliləyiş müşahidə olunub: "Hazırda Kliniki Tibbi Mərkəzdədir, lakin Respublika Diaqnostika Mərkəzinə köçürüləcək. Həkimlər nə lazımdırsa edirlər".
Qeyd edək ki, bəstəkar T.Əkbər bir neçə gün öncə insult keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət