Beyin əməliyyatı keçirən oğuluna belə dəstək oldu

"Əgər insanlar gözlərini tikib baxacaqsa, ikimizə birdən baxsınlar"
Beyin əməliyyatı olunan oğulunun "özümü canavar kimi hiss edirəm" sözlərinə kədərlənən ata oğuluna dəstək olmaq üçün baxın, nəyə əl atdı. 
Keçən il Gabriel Marshall adlı 8 yaşlı uşağın beynində bəd xassəli şişə rast gəlindi. Əməliyyatla şişin hamısı alınmasa da Gabrielin müalicəsinə 9 ay əvvəl son verildi və uşağın vəziyyətində bir dəyişiklik olmadı.Gabrielin atası Josh, başındakı əməliyyat izinin oğulunun özünə inamına təsir etdiyini düşünürdü. Xüsusilə oğulunun, o izlə özünü canavar kimi hiss etdiyini eşitmək 28 yaşlı atanı çox üzmüşdü. Oğulunun özünü normal hiss etməsini təmin etmək istəyən Josh başına eyni şəkildə bir döymə etdirməyə qərar verdi. "Əgər insanlar gözlərini tikib baxacaqsa, ikimizə birdən baxsınlar". dedi. Bir təşkilatın "Atalar Günü" üçün təşkil etdiyi "Ən yaxşı keçəl ata" yarışmasına qatılan Joshun fədakarlığı böyük əks-səda yaratdı. Josh yalnız yarışmanı qazanmadı, eyni zamanda oğuluyla yarışmada çəkdirdiyi şəkil internetdə yayıldı.