Beyin transferinə rus media zəngini pul buraxdı

Ölümsüzlük 30 il içində gerçək olacaq
Rus media zəngini Dmitri Itskov, insan beynini robota yükləyərək sonsuza qədər yaşaya bilməyi vəd edən bir layihəni maliyyələşdirir.
İnternet media şirkəti "New Media”nın sahibi Dmitry Itskov, "2045 Initiative” adlı proyektlə insan mənliyini yığma bacarığına sahib robot yaradaraq ölümsüzlüyü mümkün etməyi qarşısına
məqsəd qoyub. Nöroloqlar, robot mühəndisləri və insan şüuru araşdırmaçılarından ibarət proyekt qrupu, insan mənliyinin dijital versiyasının bir androide (insan robot) yüklənə biləcəyinə inandıqlarını ifadə edir. "NTV”in xəbərinə görə, insan beyninin çalışması ilə kompüterlərin işinin bənzər olduğunu ifadə edən qrup, bu sayədə düşüncələrin və duyğuların robotlara yüklənə biləcəyini düşünür. Rus media zəngini Dmitry Itskov, insan beyninin robotlara transfer edilməsiylə ölümsüzlüyü bir xəyal olmaqdan çıxaracağına inanır. Sərvəti 1,5 milyard dolları ötən 35 yaşlı Itskov, "Elm insanları proyektimizə zehin transferi adını versə də, mən mənlik transferi deməyi seçərəm, bu proyektin həyata keçmə ehtimalı yüzdə 100 faizdir’’ deyə bildirib. Proyektin ilk mərhələsi insan zehiniylə idarə edilə bilən robotlar yaratmaqdır . Daha əvvəl də Kaliforniyada yaşayan iki qolu və qıçı tutmayan Erik Sorto adlı bir adam düşüncələriylə bir robot qolu nəzarət etmə işləriylə adından danışdırmışdı. Proyekt əgər Itskovun ön gördüyü kimi nəticələnsə, ölümsüzlük 30 il içində gerçək olacaq.