Beyləqanda məmur iş otağında bıçaqlandı
13:07 08.08.2018
Arxiv
769
Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. F. Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib.
"Sherg.az"virtualaz.org-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin baş direktoru, professor Ədalət Həsənov faktı təsdiqləyib. Ə.Həsənov bildirib ki, Fazil Bayramov öz otağında olduğu zaman Fariz Azadzadənin bıçaqla hücumuna məruz qalıb.
Məlum olub ki, 1989-cu il təvəllüdlü F. Azadzadə ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün "MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. "Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib”, - Ə.Həsənov deyib.
Ekspertizanın cavabından sonra Fariz Azadzadə iki dəfə Səhiyyə Nazirliyinin "Məhkəmə-Psixiatrik ekspertizalar Mərkəzi”ndə də ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçirilib. Dünən - avqustun 7-də əlində bıçaq məhkəmə-tibb eksperti Fazil Bayramovun iş otağına soxularaq "niyə mənə o vaxt yüngül dərəcə yazdın, indi mən səni öldürəcəyəm” deyərək, ona hücum edib.
Nəticədə, Bayramovun biri döş qəfəsinə də nüfuz etməklə bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri endirib. Lakin məhkəmə-tibb ekspertinin fiziki müqaviməti sayəsində F.Azadzadə öz məqsədinə çata bilməyib və hadisə yerindən qaçıb.
Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır.
Hazırda Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm