Azər Həsrət: “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar Təşkilatı” Azərbaycan kimi ölkələri qaralamaqla məşğuldur”
Beynəlxalq jurnalist qurumlarının Azərbaycan qərəzi...
Elçin Mirzəbəyli: “Şübhəsiz ki, burada həm siyasi maraqlar, həm beynəlxalq təşkilatların və onları idarə edənlərin Azərbaycandakı nüfuz vəkillərinin maraqları var”
Azər Həsrət: “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar Təşkilatı” Azərbaycan kimi ölkələri qaralamaqla məşğuldur”
Azər Həsrət: “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar Təşkilatı” Azərbaycan kimi ölkələri qaralamaqla məşğuldur”
Aqil Ələsgər: "Heç bir jurnalistin həbsdə olmadığı dönəmdə belə "Sərhədsiz Reportyorlar” birliyinin Azərbaycanla bağlı hansısa müsbət fikir səsləndirdiyini görməmişik”
Müşfiq Ələsgərli: "Hesabatlarda yer alan ölkələrin sırasına baxdıqda orada daha çox müsəlman ölkələrinin yer tutduğunu görmək olur”
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar. Amma Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılsa da, təəssüflə qeyd etməliyik ki, beynəlxalq hesabatlarda, bəzi xarici medialarda Azərbaycandakı söz azadlığına qərəzli münasibət bəslənir, hakimiyyət məlumat azadlığını pozmaqda ittiham olunur.
Xüsusən də, "Freedom House”, "Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatların hesabatlarında hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd edilir.
Bəs, ölkənin aparıcı media orqanlarına rəhbərlik edən baş redaktorlar və tanınmış media ekspertləri nə düşünür? Beynəlxalq hesabatlarda ölkəmizdə söz, fikir azadlığının, insan haqlarının pozulmasına dair yer alan bəyanatlar nə dərəcədə inandırıcıdır?
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanda
media azadlığı heç də beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi kimi aşağı səviyyədə
deyil. İstənilən vətəndaş öz fikirlərini azad şəkildə ifadə etmək imkanlarına sahibdir:
"Azərbaycanda hazırda ölkədə müxtəlif istiqamətdə kütləvi informasiya vasitələri fəaliyyət
göstərir ki, həmin media strukturlarının da hər birinin öz oxucu kütləsi var. Müxtəlif siyasi və
ideoloji baxışlara sahib olan kifayət qədər media orqanlarının adını sadalamaq olar. Amma nəyə
görəsə "Sərhədsiz Reportyorlar”, "Freedom House” və "Human Rights” kimi təşkilatlar
mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Əslində burada sual doğuracaq bir
məqam da yoxdur. Səbəbləri bizə bəllidir. Bu təşkilatların bütövlükdə ermənipərəst dairələr
tərəfindən idarə olunduğunu hər kəs bilir. Ermənistan cəbhə xəttində gərginlik yaradanda, yaxud
da danışıqlar prosesindən bu və ya digər formada qaçmaq üçün vasitələr axtaranda erməni
lobbisi ilə daimi əlaqədə olan təşkilatlar da Azərbaycana qarşı hücuma keçərək diqqəti Dağlıq
Qarabağ münaqişəsindən yayındırmağa çalışırlar. Digər amil isə həmin təşkilatların
Azərbaycanda mənfəətləri ilə bağlıdır. Bilirsiniz ki, ölkədə qəbul olunan son qanunvericilik
aktlarından sonra xarici təşkilatların yerli QHT-ləri maliyyələşdirməsinə qadağa qoyuldu və bu
da təbii olaraq onların koorporativ maraqlarına bir zərbə oldu. Bu baxımdan heç vaxt sözügedən
təşkilatların hesabatlarını təəccüblü qarşılamıram.
Şübhəsiz ki, Azərbaycanda söz və fikir azadlığına qarşı basqı yoxdur. Kimlərsə, media adı
altında konkret cinayət əməli törədirsə, vergidən yayınırsa, qrantların mənimsənilməsi ilə bağlı
addımlar atırlarsa, bunun mətbuat və söz azadlığına heç bir aidiyyəti yoxdur. Bunlar hüquqi
məsələlərdir. Hüquqi məsələlərə münasibət isə ABŞ-da da, Avropada da eynidir. Bu məsələlərə
görə şəxsin hansı peşə sahibi olmasına diqqət yetirmirlər. Nədənsə, belə faktlar yalnız
Azərbaycanda baş verəndə yada düşür və anında bəlli çevrələrin üzvləri ölkəmizə qarşı təxribat
xarakterli addımlar atmağa çalışırlar. Şübhəsiz ki, burada həm siyasi maraqlar, həm beynəlxalq
təşkilatların və onları idarə edənlərin Azərbaycandakı nüfuz vəkillərinin maraqları var.
Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışan qrupların nüfuz vəkilləri də
"Sərhədsiz Reportyorlar” kimi eyni mərkəzdən idarə olunan təşkilatları müdafiə etməlidirlər. Bu,
onların gerçək simasıdır. Bu gün dünyada baş verən prosesləri hər kəs anlamağa başlayıb. Heç
kim axmaq deyil. Hesab edirəm ki, belə təşkilatlar Azərbaycanda çoxdan gözdən düşüb və
onların verdiyi rəyə normal münasibət ola bilməz”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət isə deyib
ki, "Human Rights”, "Freedom House”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatların ölkəmizdə
medianın azad olmaması ilə bağlı hesabatlarına diqqət çəkməzdən əvvəl Azərbaycan mediası
haqqında hesabat verənlərin coğrafiyasına fikir vermək lazımdır: "Onların hamısı Qərbdə
fəaliyyət göstərən və Amerikadan idarə olunan təşkilatlardır. "Freedom House”, "Human Rights
Watch” kimi, yaxud da okeanın bu tayında - Fransada fəaliyyət göstərən "Sərhədsiz Reportyorlar
Təşkilatı” və digər bu kimi təşkilatlar davamlı olaraq Azərbaycan və Azərbaycan kimi ölkələri
qaralamaqla məşğuldur”.
Ekspertin fikrincə, bu kimi təşkilatlar hətta uzunmüddətli demokratiya təcrübəsi olan ölkələri də
qara siyahıya salır: "Siz fikir versəniz görərsiniz ki, uzunmüddətli demokratiya təcrübəsi olanqardaş Türkiyənin mediası da daim bunların qara siyahısındadır. Azərbaycan isə birmənalı
olaraq bunların qara siyahılarında olur. Halbuki, Azərbaycanla qonşu olan Ermənistanda - harada
ki, jurnalistlərə qarşı terror edilir, harada ki, jurnalistlər həbsə atılır, mətbuat işçiləri ilə bağlı
çoxsaylı dəhşətli faktlar mövcuddur, o ölkəyə bir qayda olaraq yarımazad ölkə statusu verilir.
Hətta bu da azmış kimi, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ belə, ayrıca bir subyekt
kimi götürülüb və ora da yarımazad "ölkə” elan olunub”.
A.Həsrət Azərbaycana qarşı belə bir yanaşmanı qərəzdən doğan hal kimi qiymətləndirib: "Yəni
bunun özü onun göstəricisidir ki, Azərbaycana yanaşma qərəzlidir və bunun heç bir əsası
yoxdur. Çünki Azərbaycan o ölkələrdəndir ki, burada dövlət heç bir halda medianın fəaliyyətinə
maneçilik törətmir, eyni zamanda heç bir formada müdaxilə etmir. Azərbaycan nadir ölkələrdən
biridir ki, burada istənilən şəxs müvafiq qaydada özü üçün qəzet, jurnal təsis edə, sayt aça və onu
istədiyi şəkildə işlədə bilər. Məsələn, mən bir nümunə göstərmək istərdim. Rusiyada bir qəzet
açmaq istəyirsinizsə, mütləq siz onun hansısa bir regionda yayılması ilə bağlı təsdiqedici
sənədlər verməlisiniz. Yox, siz istəyirsinizsə açacağınız mətbu orqan bütün Rusiyaya yayılsın,
bunun üçün ən yüksək strukturlardan rəsmi icazə almalısınız. Amma ölkəmizdə əsla belə qaydaqanunlar yoxdur. Azərbaycanda qəzeti təsis edirsiniz və istəsəniz bütün ölkədə, ya da regionda
yayırsınız. Yəni bu sizin öz qərarınızla, istəyinizlə olan bir məsələdir. Buna baxmayaraq,
adıçəkilən beynəlxalq təşkilatlar, xüsusən də ABŞ-a bağlı olan təşkilatlar Azərbaycanı
gözümçıxdıya salmağa cəhd edirlər və bunun da arxasında dayanan məqsəd ölkəmiz üçün təzyiq
rıçaqlarının yaradılmasıdır”.
"Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər də sözügedən beynəlxalq təşkilatların qərəzli
mövqe tutduğuna görə ciddiyə alınmamasını üstün tutur:
"Sərhədsiz Reportyorlar”, "Freedom House” kimi birliklər Azərbaycana qarşı mənfi
münasibətini hər zaman əks etdirir. Azərbaycanda heç bir jurnalistin həbsdə olmadığı dönəmdə
belə "Sərhədsiz Reportyorlar” birliyinin Azərbaycanla bağlı hansısa müsbət fikir səsləndirdiyini
görməmişik. Bu baxımdan "Sərhədsiz Reportyorlar” kimi beynəlxalq təşkilatların türk və
müsəlman faktorunu nəzərə alaraq obyektiv münasibət göstərdiklərini və göstərəcəklərinə
inanmıram. Ona görə də bu cür təşkilatları diqqətə almamağın düzgün olduğunu düşünürəm. Bu
cür təşkilatlar Gürcüstanı model olaraq Azərbaycana və ya Ermənistana bir nümunəvi ölkə
olaraq təqdim etmək istəyirlər. Ancaq ciddi şəkildə araşdırılarsa, bunun sadəcə bir fon olduğu
ortaya çıxır. Ermənistanın özündə baş verən etiraz aksiyalarındakı neqativ hallar, davamlı
şəkildə vətəndaşlara qarşı dövlət təzyiqinin olması və vətəndaşların döyülməsi göstərir ki,
Ermənistanda nəinki mətbuat, heç bir azadlıqdan söhbət gedə bilməz. Ermənistanda iqtidarı
dəstəkləyən partiyaların nümayəndələri belə azad deyillər”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bu təşkilatların siyasi sifariş xidmətçiləri
olduğunu deyib: "Sərhədsiz Reportyorlar”, "Freedom House” və digər bu kimi beynəlxalq
təşkilatların siyasi sifariş yerinə yetirməsi, erməni lobbisinin təsiri altında olması təsdiq olunmuş
faktdır. Sözügedən təşkilatların hesabatlarının təhlili aparıldıqdan sonra məlum olur ki, onların
verdiyi açıqlamalar heç bir əsası olmayan qərəzli məlumatlardır. "Freedoom House” təşkilatı öz
hesabatlarında Amerikadakı ciddi qanun pozuntularına yer ayırmır. Hətta həmin faktlar
Amerikanın siyasi dairələri tərəfindən də etiraf olunur. Misal üçün, prezidentliyə namizəd olan
Donald Tramp orada seçki saxtakarlığı ilə üzləşdiyini iddia etdi. Eləcə də oradakı polislərin
qaradərili insanları güllələməsi, ABŞ-da jurnalist ölümü faktları, terror və digər bu kimi onlarla
hadisə baş versə də, niyə bunların heç biri həmin hesabatlarda yer almır? Belə çıxır ki, həmin
təşkilatlar özlərinin yaşadıqları, fəaliyyət göstərdikləri şəhərlərdə baş verən hadisələrə diqqət
ayırmır, lakin min kilometrlərlə uzaqda olan Azərbaycandakı məsələləri bu qədər həssaslıqla
izləyirlər?”. M.Ələsgərli deyib ki, sözügedən hesabatlarda yer alan ölkələrin sırasına baxdıqda
orada daha çox müsəlman ölkələrinin yer tutduğunu görmək olur: "Təbii ki, bu da təsadüfi deyil.
"Sərhədsiz Reportyorlar”ın keçmiş rəhbəri hazırda Fransada şəhər meri kimi çalışır. Lakin o,
təşkilata rəhbərlik etdiyi zaman müsəlman miqrantlarına qan uddurmaq və onları şəhərlərdən
qovmaq fəaliyyəti ilə yadda qalıb. Həmin təşkilatın fəaliyyətində hər zaman anti-müsəlman, anti-
Şərq ovqatı hökm sürüb ki, bu da müsəlman dünyasına qarşı aparılan kampaniyanın tərkibhissəsidir. Qərəzli təşkilatlar adi beynəlxalq jurnalist təşkilatı deyil, hansısa qüvvələrin siyasi
sifarişini yerinə yetirirlər. Bütün bunlar sübut olunan faktlardır”.
(Davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb