"Beynəlxalq mövqelərimizin güclənməsi daxili faktorla bağlıdır" - Millət vəkili
12:43 03.01.2019
Arxiv
692
"Prezident İlham Əliyev Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə çıxışında çox mühüm, aktual məsələlərə toxundu”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib
Deputat bildirib ki, dövlət başçısının beynəlxalq mövqeyimizlə bağlı dedikləri diqqət çəkən məqamlardır:
"Əminliklə demək lazımdır ki, Azərbaycanın mövqelərini gücləndirən ən mühüm amil daxili faktorla bağlıdır. Xarici siyasət daxili siyasətin davamı kimi formalaşır və inkişaf edir. Əgər Azərbaycanda ötən illər ərzində sabitlik olmasaydı, iqtisadi islahatlar aparılmasaydı, iqtisadiyyat möhkəmlənməsəydi, dünyanın ölkəmizə münasibəti indikindən fərqli olardı. Lakin Azərbaycan rəhbərliyinin birbaşa nəzarəti ilə aparılan davamlı islahatlar, konstutusional və institusional layihələr ciddi nəticələr verdi. İqtisadiyyatla paralel Azərbaycanın hərbi gücü də artdı. Ona görə də əksər xarici ölkə, xüsusən Qərb dövlətləri Azərbaycanla normal münasibətlər qurmaqda maraqlı oldular. Bütün bunlar həm də Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasıdır”.
Parlament üzvü deyib ki, Azərbaycan nə qədər güclü olsa da, problemini ilk növbədə beynəlxalq hüquqa uyğun həll etməyə səy göstərir:
"Hər zaman beynəlxalq hüquqa hörmət etmişik. Çoxları sual edir ki, Azərbaycan öz düşmənindən dəfələrlə güclü olmasına rəğmən niyə hələ də beynəlxalq hüququn prinsiplərini gözləyir?! Əslində Bakının dünyəvi mövqeyini gücləndirən, Azərbaycanın qlobal nüfuzunu artıran da məzh bu məqamdır. Xatırladım ki, Avropa İttifaqı bizimlə münasibətlərdə ikitərəfli əlaqələr çərçivəsində deyil, tərəfdaş ölkələrin hamısı ilə birgə müqavilə bağlamağa çalışırdı. Bundan dolayı iki tərəf arasındakı anlaşmazlığı körükləməyə, Azərbaycanı fərqli istiqamətə çəkməyə çalışanlar var idi.
Amma Azərbaycan buna getmədi. Prinsipial siyasətimizlə, dönməz mövqeyimizlə, ən əsası isə sülhvərpər yanaşmamızla özümüzü hamıya qəbul etdirdik. Artıq demək olar ki, bütün Qərb dövlətləri, islam ölkələri, Çin və Rusiya ilə müsbət yöndə inkişaf edən əməkdaşlığa sahibik. Beynəlxalq təşkilatlarda səsvermə zamanı Azərbaycanın haqlı mövqeyi əksəriyyət tərəfindən dəstəklənir. Şübhəsiz ki, bütün bu nailiyyətlərin hamısının kökündə cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət, şəxsən özünün nüfuzu və bacarığı durur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya