Beynəlxalq təşkilatlar Fransada etirazçıların döyülməsi və həbsə atılmasını görmür ? - İkili standart

Amma bir də Fransanın daxilinə nəzər saldıqda bu ölkədə mitinq, insanların döyülməsi, günahsız yerə adamların həbsə atılması, hətta xalq etirazının qarşısını it və at kimi heyvanlarla almalarını görürük. Bu məqamda his olunur ki, həmin dövlətlərin yersiz çıxışları ritorikadan başqa bir şey deyil. Sanki beynəlxalq təşkilatların gözü kor olub,bu kimi halları görmür. Belə məsələlərdə onların səsi çıxmır. Nə üçün bu cür faktorlara tənqidi yanaşmırlar?
Fransada yanacağın qiymətinin qalxması əleyhinə başlayan etiraz aksiyalarında 23 min nəfər iştirak edib. Bu barәdә ölkәnin Daxili İşlәr naziri Kristofer Kastaner (Christophe Castaner) mәlumat verib. Mәlumata görә, "sarı jiletlilər” adı altında başlayan mitinq ölkənin ütün şəhərlərini bürüyüb. Parisdə 8 min nəfərə küçələrə çıxıb. Polis etirazçılardan 9 nəfəri saxlayıb. Etiraz aksiyalarında çox sayda adamın xәsarәt aldığı bildirilir. Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilә edib.
Qeyd edək ki, etiraz aksiyaları zamanı 40 nəfər saxlanılıb, 8 nəfər xəsarət alıb.
Məsələni şərh edən millət vəkili Tahir Kərimli "Sherg.az”a bildirib ki, hər bir dövlətdə zaman keçdikcə özünə məxsus ab-hava olur:
"1990-cı illərdə Fransa daxil olmaqla əksər Avropa dövlətlərində mitinq və nümayişlər olurdu. Lakin sonralar həmin ölkələrdə qeyri-sabitlik səngimişdi. Onlar da bundan istifadə edərək postsovet məkanında yaranan dövlətlərin ünvanına tənqidlər səsləndirirdilər. Lakin özləri bu cün situasiya ilə qarşılaşanda məntiqi itirirlər. Doğurdan da, müşahidə edəndə Fransanın Azərbaycan qarşı lazımsız tənqidini, sərt davranışlarını aydın şəkildə görürük. Amma bir də Fransanın daxilinə nəzər saldıqda bu ölkədə mitinq, insanların döyülməsi, günahsız yerə adamların həbsə atılması, hətta xalq etirazının qarşısını it və at kimi heyvanlarla almalarını görürük. Bu məqamda his olunur ki, həmin dövlətlərin yersiz çıxışları ritorikadan başqa bir şey deyil. 
Sanki beynəlxalq təşkilatların gözü kor olub,bu kimi halları görmür. Belə məsələlərdə onların səsi çıxmır. Nə üçün bu cür faktorlara tənqidi yanaşmırlar? Afrikanın ən ucqar ölkəsində insan haqlarını müdafiə edən, Ermənistanda Azərbaycan musiqisini erməni havası adı ilə səsləndirən Fransa prezidenti ölkəsindəki vəziyyətlə nə üçün maraqlanmır, ondan söz açmır? Düşünürəm ki, Fransanın imiqrantlara və qeyri-fransızlara qarşı zalım hərəkətlərinə başqa ad vermək olmur. 
Rəsmi Parisin bu kimi addımı ciddi şəkildə qınanmalıdır. Fikirimcə, bizim nümayəndələr tərəfindən Avropa şurasında və digər beynəlxalq qurumlar da bu cür insan haqlarını pozulması məsələlərini gündəmə qaldırmalıdırlar. Bizlərdə həmin dövlətlərdəki xoşagəlməz halları qaldırmalıyıq, onları dünyaya yaymalıyıq. Düşünürəm ki, bu kimi halları dünyada qabardıb, onlarla mübarizə aparmalıyıq. Azərbaycana qarşı olan hücumları pisləməliyik”.
Kənan Eynuroğlu